
"Bavariya" "Borussiya"nı məğlub etdi, ardıcıl 10-cu dəfə çempion oldu
- 23 Apr 2022 22:50
- 429
Almaniya Bundesliqasında 31-ci turun mərkəzi oyunu keçirilib.
Rekord.az xəbər verir ki, "Bavariya" Dortmund "Borussiya"sını qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Bavariya" - "Borussiya" (Dortmund) - 3:1
Qollar: Qnabri, 15 (1:0), Levandovski, 34 (2:0), Can, 52-pen (2:1), Musiala 83 (3:1)
Bu nəticədən sonra xalını 75-ə yüksəldən Münhen təmsilçisi yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib. Beləliklə, "Bavariya" tarixində 32-ci, ardıcıl isə 10-cu dəfə ölkə çempionu olub.
"Borussiya" 63 xalla 2-ci, "Bayer" 55 xalla 3-cüdür.