
"Bavariya" 4 qolla qalib gəldi
- 21 Fev 2022 00:56
- 506
"Bavariya" Almaniya Bundesliqasında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisi 23-cü turda doğma meydanda "Qroyter"lə qarşılaşıb.
Ev sahibləri əvvəlcə hesabda geri düşsə də, daha sonra 4 qol vuraraq əzmkar qələbə qazanıblar.
Qeyd edək ki, "Bavariya" hazırda turnir cədvəlində 55 xalla 1-ci, "Qroyter" isə 13 xalla 18-cidir.
"Bavariya" - "Qroyter" - 4:1
Qollar: Levandovski, 46, 82, Qresberk, 61 (avtoqol), Çupo-Moutinq, 90+1 - Hrqota, 42