
“Başakşəhər”ə kubokda bir qol bəs etdi
- 05 May 2023 01:30
- 334
Türkiyə kubokunda yarımfinal mərhələsinin daha bir ilk oyunu baş tutub.
Rekord.az xəbər verir ki, ikinci görüş “Başakşəhər” “Ankaragücü” arasında keçirilib.
İstanbul təmsilçisi doğma meydanda tək qolla qalib gəlib.
Yarımfinalın cavab qarşılaşmaları 23-25 may aralığında keçiriləcək.
Türkiyə kuboku
Yarımfinalın ilk oyunları
3 may
Sivasspor – Fənərbaxça 0:0
4 may
Başakşəhər – Ankaragücü 1:0
Qol: Fiqeyredo, 90+5.