Argentina millisinin baş məşqçisi Lionel Skaloni Amerika kubokunun qrup mərhələsinin 3-cü turunda Paraqvaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yığmanın kapitanı Lionel Messi haqda danışıb.

Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, 33 yaşlı hücumçunun matçlarda fərq yaratmağa davam etdiyini deyib:

"Reallıq budur ki, Messi hər oyunda oynayır. Ona etibar etməmək çox çətindir. Messi yorğun ola bilər, amma fərq yaratmağa davam edir".