Rusiyanın "Spartak" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Rekord.az xəbər verir ki, Moskva təmsilçisi azad agent statusunda olan Keyta Baldeni rənglərinə bağlayıb. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

 

"Spartak" seneqallı forvardla 3 illik müqavilə imzalayıb. Keyta yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, Keyta Balde son mövsümdə "Kalyari"də çıxış edib. "Barselona"nın yetirməsi olan 27 yaşlı futbolçu İtaliya klubunun heyətində meydana çıxdığı 26 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.