İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Umtitini icarəyə verib.

Rekord.az xəbər verir ki, 29 yaşlı müdafiəçi karyerasını İtaliyanın "Leççe" klubunda davam etdirəcək.

Fransalı oyunçunun icarə müddəti 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Samuel Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir. Fransalı oyunçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ildə başa çatmalıdır.

“Leççe” SPAL-dan Federiko Di Françeskonu, “Volfsburq”dan Marin Ponqraçiçi də transfer edib. Ponqraçiç mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Di Françesko isə 500 min avro qarşılığında transfer olunub. Onunla 3 illik müqavilə imzalanıb.
 
“Leççe” öz oyunçularından yarımmüdafiəçi Françesko Di Mariano ilə müdafiəçi Arturo Kalabrezini də satıb. “Palermo”ya keçən 26 yaşlı Di Marianonun transferi yeni klubuna 1 milyon avroya başa gəlib. Kalabreziyə görə isə “Leççe”yə nə qədər təzminat ödənildiyi isə bilinmir.