"Barselona" gənc ulduzu Ansu Fatini hələ bir müddət gözləməli olacaq. Belə ki, zədəli olan istedadlı oyunçunun aprelin sonunadək yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir.

Rekord.az xəbər verir ki, 20 yaşlı futbolçunun sağalması üçün ən azı daha 12 həftə lazım olacaq.

Ansu Fati İspaniya Kubokunun 1/8 final mərhələsinin "Atletik"lə (2:3) oyununda zədələnmişdi.