“Barselona” futbol üzrə İspaniya kubokunda yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi turnirin 119 illik tarixində 13 mövsüm ərzində 10 dəfə finala yüksələn ilk komandaya çevrilib.

Ronald Kumanın çalışdırdığı kollektiv buna yarımfinalın cavab görüşündə “Sevilya”nı 3:0 hesabı ilə məğlub etməklə nail olub. İlk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan “Barselona” cavab görüşündəki əzmkarlığı sayəsində həm finala yüksəlib, həm də tarixi rekorda imza atıb.

Qeyd edək ki, "Barselona" finalda "Levante" - "Atletik" cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasındakı cavab qarşılaşması bu gün keçiriləcək. İlk görüşdə qalib müəyyənləşməyib - 1:1.