"Barselona"nın 2021/22 mövsümündəki maliyyə hesabatları açıqlanıb.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu bu müddət ərzində 1,017 milyard avro qazanıb. "Barselona" həmin məbləğin 98 milyon avrosunu mənfəət olaraq əldə edib.

İdarə Heyətinin qərarı ilə 2022/23 mövsümünün büdcəsi 1,225 milyard avro olaraq təsdiqlənib. Klub Bu müddət ərzində 274 milyon avroluq mənfəət əldə etməyi gözləyir.

Qeyd edək ki, son bir neçə ayda "Barselona"nın ciddi maliyyə problemlərinin olduğu bildirilirdi. Klub yeni transferlərinə görə çətinlik yaşayırdı və oyunçularından maaşlarında endirim etmələrini istəmişdi.

Xatırladaqki, La Liqa təmsilçisi bu yay Robert levandovski, Rafinya, Jul Kunde, Andreas Kristensen, Markos Alonso, Fank Kessye və Hektor Bellerin kimi futbolçuları sıralarına qatıb.