
"Barselona"dan 5 milyon istəyir
- 26 Avq 2022 11:42
- 422
"Barselona"nın futbolçusu Martin Breytveyt müqaviləsinə xitam verib, komandadan ayrılmaq üçün klubdan təzminat tələb edib.
Rekord.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
31 yaşlı hücumçu Kataloniya təmsilçisindən 5 milyon avro istəyir. O, rəhbərliyə bildirib ki, müqaviləsi bitənədək - daha 2 il "Barselona"da qalarsa, elə həmin məbləğdə maaş alacaq.
Daha əvvəl qeyd olunmuşdu ki, "Barselona" Martini "Malyorka"ya satmağa hazırlaşır.
Əlavə edək ki, Martin 2020-ci ilin fevra ayından "Barselona"nın futbolçusudur. O, bu müddət ərzində ümumilikdə 57 matçda 10 qol vurub və 5 qolun ötürməsini verib.