İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb.


Rekord.az Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Runi Bardaqji ilə müqavilə imzalanıb.


Danimarkanın "Kopenhagen" klubundan transfer olunan 19 yaşlı Küveyt əsilli yarımmüdafiəçi ilə 4 illik anlaşma imzalanıb.


2021-ci ildən Danimarka təmsilçisinin formasını geyinən R.Bardaqji bu komandanın heyətində meydana çıxdığı 65 matçda 15 qolla yadda qalıb.