
“Barselona” və “Real”ın 1/4 finaldakı rəqibləri bəlli oldu
- 20 Yan 2025 17:31
- 214
Futbol üzrə İspaniya kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, "Barselona" bu raundda "Valensiya"ya, "Real" isə "Leqanes"ə rəqib olub.
1/4 finalda "Real Sosyedad" - "Osasuna" və "Atletiko" - "Xetafe" matçları da təşkil ediləcək.
Qarşılaşmalar fevralın 4-6-da keçiriləcək.