
"Barselona" və "Çelsi" razılaşdılar
- 01 Sen 2022 13:45
- 410
"Barselona" və "Çelsi" arasında oyunçu dəyişikliyi olacaq.
Rekord.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yaytıb.
"Çelsi" müdafiəçisi Markos Alonsonun qarşılığında "Barselona"dan hücumçu Pyer-Emerik Obameyanqı heyətinə qatacaq. Tərəflər artıq razılığa gəliblər. Lakin oyunçuların müqavilələrinin detalları açıqlanmayıb.
Qeyd edək ki, Obameyanq bu ilin qışından etibarən "Barselona"da oynayır. O, həmin müddət ərzində 18 matçda 11 qol vurub. Alonso isə 2016-cı ildən "Çelsi"nin futbolçusudur. O, bu mövssüm Premyer Liqada meydana çıxmayıb.