“Barselona” qapıçısı ilə yollarını ayırdı
- 21:00
- 34
İspaniyanın "Barselona" klubu qapıçı İnyaki Penya ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, 27 yaşlı qolkiper karyerasını Yunanıstanın "Panatinaikos" klubunda davam etdirəcək.
Penya “Barselona”da ümumilikdə 45 rəsmi oyuna çıxıb və 64 qol buraxıb. Ötən mövsümü icarə əsasında "Elçe" klubunda keçirən qapıçıya Kataloniya təmsilçisi xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.