“Napoli”nin müdafiəçisi Xalidu Kulibali karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Rekord.az xəbər verir ki, seneqallı futbolçu ilə “Barselona” maraqlanır.
Kataloniya klubu Kulibalini Ronald Arauxonun əvəzləyicisi kimi görür. Arauxonun “Barselona”dan ayrılmaq ehtimalı var.