İspaniyanın "Barselona" klubu futbolçusu Martin Breytueytlə yollarını ayırıb.

Rekord.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Danimarkalı forvardın sözləşməsi 2024-cü ildə başa çatmalı idi. 

Xatırladaq ki, Martin Breytueyt 2020-ci ildən "Barselona"da çıxış edib.