
"Barselona" "Çelsi"nin futbolçusu ilə razılığa gəldi
- 08 Mar 2022 13:22
- 487
"Çelsi"nin futbolçusu Andreas Kristensen karyerasını "Barselona"da davam etdirəcək.
Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu artıq danimarkalı müdafiəçi ilə razılığa gəlib. Mövsümün sonunda 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacağı bildirilib.
Qeyd edək ki, Kristensenin "Çelsi" ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. London klubu bir müddət əvvəl ona 4 illik müqavilə təklif etsə də, futbolçu bundan imtina edib.