“Barselona” Azərbaycanın U-21 millisinin sabiq qapıçısı Eldar Tağızadəni icarəyə göndərib.


Rekord.az xəbər verir ki, “Barsa”nın ikinci komandasında çıxış etmiş 22 yaşlı qapıçı karyerasını Sloveniyanın “Bistritsa” klubunda davam etdirəcək.


Onun aşağı liqa klubu ilə icarə müqaviləsi mövsümün sonuna qədərdir.


Tağızadə artıq yeni komandasının məşqlərinə qoşulub.