"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa klub rəhbərliyindən ciddi şəkildə narazıdır.

Rekord.az xəbər verir ki, narazılığın əsas səbəbi yeni transferlərdi.

Daha doğrusu, legioner transferlər. Rəhbərliyin xətti ilə komandaya 7 əcnəbi transfer olunsa da, geridə qalan dörd turda onların heç biri özünü sübut edə bilməyib. Təsəvvür edin, 7 legioneri olan komanda hələ qol hesabını aça bilməyib. Belaruslu mütəxəssis də rəhbərliyin məhz uğursuz seleksiya fəaliyyətindən narazıdı.