Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) SSRİ futbol tarixinin rəmzi komandasını açıqlayıb.

Rekord.az xəbər verir ki, 4-2-4 taktiki sxemi ilə hazırlanmış rəmzi heyətdə “Neftçi”nin sabiq baş məşqçiləri Anatoli Demyanenko və İqor Netto da yer alıblar.

“Neftçi”nin və SSRİ millisinin mərhum futbolçusu Anatoli Banişevski isə heyətdə yer almayıb:

Qapıçı: Lev Yaşin;

Müdafiəçilər: Vladimir Bessonov, Albert Şesternyov, Murtaz Xurtsilava, Anatoli Demyanenko;

Yarımmüdafiəçilər: Valeri Voronin, İqor Netto;

Hücumçular: İqor Çislenko, Eduard Streltsov, Oleq Bloxin, Qriqori Fedotov.

Netto 1979-cu ildə, Demyanenko isə 2008-ci ildə “Nefçti”yə rəhbərlik edib.