"Adana Demirspor"un futbolçusu Mario Balotelli yenidən qalmaqalla gündəmə gəlib.

Rekord.az xəbər verir ki, Superliqanın 4-cü turunda ötən gün "Umraniyespor"la keçirilən oyunda sonra italiyalı hücumçu ilə baş məşqçisi Vinçentso Montella arasında münaqişə yaşanıb.

Final fitindən dərhal sonra Montella əsəbi formada Balotellinin üzərinə gedib. Araya girən komanda üzvləri onları sakitləşdiriblər. 

Mətbuat konfransında isə Montella bildirib ki, Balotelli gözlənilən oyunu sərgiləməyib: "Matçın sonlarında belə gərginliklər ola bilər. Başqa bir şərh əlavə etməyəcəyəm".

Qeyd edək ki, oyun Adana təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.