Bakıda yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə qran-pri turnirinin qısa proqramı keçirilib.


Rekord.az xəbər verir ki, qısa proqram üzrə 21 ölkədən 22 idmançı çıxış edib.


Nəticələrinə əsasən cənubi koreyalı idmançı Minkyu Seo 82.67 xalla 1-ci, ABŞ-li fiqurlu konkisürən Patrik Blekvell 75.86 xalla 2-ci, Belçika təmsilçisi Denis Kruqlov isə 73.75 xalla 3-cü yerə sahib olublar.


Qeyd edək ki, qran-pri sentyabrın 26-da başa çatacaq.