Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, o, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Legiya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.


Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.