
Azərbaycanlı qapıçı Polşa klubu ilə danışıq aparır
- 2022-05-18 20:00
- 428
Karyerasını Polşa 4-cü liqasında “Sokol”da davam etdirən Şahin Zəkiyev klubunu dəyişə bilər.
Rekord.az xəbər verir ki, sportal.az saytına bu barədə azərbaycanlı qolkiper özü məlumat verib. O, “Bruk-Bet Termalika” ilə danışıq apardıqlarını bildirib.
Danışıqlar müsbət yekunlaşacağı təqdirdə, Zəkiyev əsas komandası yüksək liqada çıxış edən “Bruk-Bet Termalika”nın öncə ikinci komandasında çıxış edəcək. Sonradan isə onun əsas komandaya yüksəlmək şansı olacaq.