Azərbaycanın MMA döyüşçüsü Əli Quliyev növbəti qələbəsini qazanıb.

Rekord.az xəbər verir ki, Azərbaycanın MMA üzrə “ASED Fighting Championship” (AFC ASED) liqasının üzvü Almaniyada "Brave 68" turnirində gücünü sınayıb.

66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi braziliyalı Cefferson Oliveyra ilə qarşılaşıb. O, ikinci raundda texniki nokautla qalib gəlib.