
Azərbaycanlı hakimlər beynəlxalq yarışa təyinat alıblar
- 14 May 2025 18:00
- 40
Azərbaycanın Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva və Elşad Məmmədov beynəlxalq yarışa təyinat alıblar.
Rekord.az ATF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək "Prezident Kuboku" turnirində iş başında olacaqlar.
Turnir mayın 17-nə qədər davam edəcək.