Boks üzrə referi Rövşən Qədirov növbəti hakimlik imtahanından uğurla keçib.

Rekord.az xəbər verir ki, azərbaycanlı ədalət təmsilçisinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

O, bu nailiyyətə martın 1-10-da Mərakeşdə keçirilən Qızıl kəmər seriyası çərçivəsində keçirilən ilk turnirdə imza atıb. İBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onun ulduzunu artırıb.