Tərlan Veysəlli karyerasını Gürcüstanda davam etdirəcək.

Rekord.az xəbər verir ki, 19 yaşlı futbolçu 2-ci liqa komandası "Borjomi" ilə 1 illik müqavilə bağlayıb. Tərlan son olaraq 'Tufan"ın U-17 komandasının həyətində çıxış edib.

Transferin necə reallaşdığını onun meneceri Yunis Yunislidən öyrəndik: "Mən Tərlanın həm meneceri, həm də fərdi məşqçisiyəm. Çox çalışqan və istedadlı futbolçudu. İnanıram ki özünü tezliklə sübut edəcək. Gurcustana transferi İman Həsənovun vasitəçiliyi ilə mümkün oldu. 15 günlük baxışdan uğurla keçərək müqavilə bağladı. İnanıram ki, daha böyük uğurlara imza atacaq". ("Futbol plus")