
Azərbaycanlı futbolçu “Beşiktaş”ın akademiyasında
- 12 May 2023 18:30
- 351
Azərbaycanlı yeniyetmə futbolçu Furkan Musayev Türkiyənin “Beşiktaş” klubunun akademiyasına cəlb edilib.
Sport24.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
2022/23 mövsümündə klubun idman məktəblərində uğurlu çıxışla diqqət çəkən 26 oyunçu akademiyaya götürülüb. Onlar arasında Musayev də var.