
Azərbaycanlı futbolçu Avstriya klubu ilə anlaşdı
- 18 Fev 2022 14:00
- 662
Daha bir futbolçumuzun ölkə xaricində çıxış edəcəyi dəqiqləşib.
Rekord.az xəbər verir ki, söhbət bir çox ölkələrdə legioner həyatı yaşamış Amit Quluzadədən gedir.
Həmyerlimiz Austriyanın "ATSV Stadl-Paura" klubu ilə anlaşıb. O, yeni klubu ilə yaya kimi müqavilə imzalayıb.
29 yaşlı futbolçunun son klubu Moldovanın "Milsami" klubu olub. Amit ötən ilin yanvarı Moldova təmsilçisindən ayrılandan klubsuz idi.
“Neftçi”nin yetirməsi olan sabiq milli üzvü ölkəmizdə “Rəvan”, “Sumqayıt”, “Qəbələ” və “Səbail”də oynayıb.
“Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo) və “Çelik”də (Bosniya və Hersoqovina) isə legioner həyatı yaşayıb. (sportinfo.az)