Türkiyədə avarçəkmə marafonu təşkil edilib.

Rekord.az xəbər verir ki, Adıyaman şəhərində “Commagene Rowing Marathon” adı altında keçirilən turnirdə təşkilatçı ölkə Türkiyə komandası ilə yanaşı Moldova, Malta və Azərbaycan idmançıları iştirak edib.

Turnirdə 38 nəfəri qadın olmaqla, ümumilikdə 82 avarçəkən 42 və 21 kilometr məsafədə mübarizə aparıb.

Marafonda ölkəmizi yığma komandamızın üzvləri Ziya Məmmədzadə və Bəhmən Nəsiri təmsil edib. Hər iki idmançımız 1 nəfərlik akademik avarçəkmə qayığında 42 kilometr məsafədə yarışıb. Bəhmən Nəsirinin çıxışı uğurlu alınıb. Nəsiri ən yaxşı nəticə göstərib. Finiş xəttinə 2 saat 42 dəqiqə 18 saniyəyə çatan komandamızın üzvü ikinci sıradakı Moldova təmsilçisini 3 dəqiqə qabaqlayaraq qızıl medala sahib olub. 

    Qeyd edək ki, “Commagene Rowing Marathon” Türkiyədə təşkil edilən ilk avarçəkmə marafonudur.