
Azərbaycanlı atletdən qızıl medal
- 00:25
- 35
Azərbaycan təmsilçisi Əlhəm Nağıyev Yunanıstanın Volos şəhərində təşkil olunan atletika üzrə Balkan çempionatında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, o, 200 metr məsafəyə qaçışı 20.70 saniyə göstərici ilə başa vurub.
Bu nəticə ilə Nağıyev ümumilikdə 19 idmançının mübarizə apardığı növdə bütün rəqiblərini qabaqlayaraq Balkan çempionatının qızıl medalına sahib çıxıb.
Bu yarışda atletlərimizdən son dəfə Anna Skidan 2021-ci ildə qalib olmuşdu. Rüstəm Məmmədov isə bu ilin fevralında qapalı məkanda Balkan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.