Azərbaycanın yunan-Roma güləşçisi 1/4 finala yüksəldi
- 06 Avq 2024 14:30
- 184
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb.
Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.