
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 17:40
- 38
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Rekord.az Stolüstü Tennis Federasiyasının mətbaut xidmətinə istinadən xəbər verir ki, milli üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.
Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Millinin üzvləri mütəmadi şəkildə Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.