Sinqapurun eyniadlı paytaxtında keçirilən paraüzgüçülük üzrə dünya çempionatında çıxış edən Azərbaycan idmançısı Raman Salei (S12 kateqoriyası) mübarizəsini başa vurub.


Rekord.az xəbər verir ki, üç qat Paralimpiya çempionumuz bu gün iştirak etdiyi 100 metr məsafəyə sərbəst üzmə üsulunda 54.01 nəticə ilə bürünc medal qazanıb.


Qeyd edək ki, dörd qat dünya çempionumuz daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl, 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24.27 nəticə ilə gümüş, 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda isə 58.17 nəticə ilə bürünc medal qazanmışdı.