Azərbaycanın yeniyetmə fiqurlu konkisürəni Səbinə Əliyeva Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.

Rekord.az Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, o, “Bosphorus Istanbul Cup 2023“də 112,47 xalla 11-ci yeri tutub.

Qeyd edək ki, turnirdə 35 ölkənin təmsilçiləri mübarizə aparıb.