
Azərbaycanın daha bir atıcısı gümüş medal qazandı
- 19:40
- 36
3-cü MDB Oyunları çərçivəsində Qəbələ atıcılıq mərkəzində keçirilən atıcılıq üzrə yarışlar davam edir.
Rekord.az xəbər verir ki, Azərbaycan idmançısı Mürtəza Novruzlu stend atıcılığında (trap növü) ikinci olub.
Özbəkistanlı Azamat Kayumov qızıl medal sahibi olub. Rusiyalı Kiril Baqrov isə üçüncü yeri tutub.
Qeyd edək ki, daha öncə Azərbaycan atıcısı Nərmin Cəfərova MDB Oyunlarında gümüş medal qazanmışdı.