
“Azərbaycanı güclü rəqib hesab edirik” - Voroqovski
- 2022-09-24 19:30
- 303
UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda keçiriləcək Azərbaycan – Qazaxıstan matçından öncə təşkil olunan mətbuat konfransında qonaq komandanın futbolçusu Yan Voroqovski jurnalistlərin suallarını cavablandırıb.
Rekord.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
- Sabahkı oyun çətin olacaq. Azərbaycan güclü komandadır. Biz bunu bilirik. Maksimum nəticə əldə etmişik, amma sabah qələbə qazanmaq istəyirik.
- Düşünmək olar ki, sabah tam güc xərcləməyəcəksiz?
- Sabah yüz faizlik nəticə əldə edəcəyik. Hansı taktika ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik.
- Azərbaycanın son iki oyunda qələbə qazanması sizi narahat etmir?
- Rəqibi təbrik edirik. Biz onları ciddi rəqib hesab edirik. Onlarla oyunda güclü oynamaq lazımdır.