Hazırda AFFA-da müzakirə olunan məsələlərdən biri də Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlıdır.

Rekord.az xəbər verir ki, məsələ ilə bağlı müəyyən işlər aparılır.

Lakin federasiyaya yaxın mənbədən saytımıza daxil olan məlumata görə, istənilən halda, VAR sisteminin Azərbaycanda tətbiqi DÇ-2022-dən tez olmayacaq.