Azərbaycanın çövkən yığmasının dünya çempionatındakı rəqibləri bəlli olub.


Rekord.az xəbər verir ki, rəqiblər Daşkənddə keçirilən Asiya çempionatından sonra müəyyənləşib.


Yarışın qalibi finalda Pakistanı 4:0 hesabı ilə məğlub edən Özbəkistan millisi olub. Pakistan ikinci, Qazaxıstan yığması isə üçüncü yeri tutub. 


Beləliklə, dünya çempionatında Azərbaycan yığması Özbəkistan və Pakistana rəqib olub.