
Azərbaycan yığmasından Latviya ilə heç-heçə
- 27 May 2022 20:00
- 537
Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Millimizin heyətində penaltidən Balamirzə Mehdizadə fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyun 3:0 hesabı ilə millimizin xeyrinə nəticələnmişdi.