"Belarus, Qazaxıstan və Azərbaycan yığmaları barədə məlumatım azdır. Məşqçilər bizim üçün mütləq ətraflı video-təhlil aparacaqlar".

Rekord.az xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu Yuray Xvatal federasiyanın rəsmi saytına iyunda keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları barədə danışarkən deyib.

Çexiyanın "Siqma" klubunda çıxış edən 26 yaşlı müdafiəçi bildirib ki, turnirdə asan rəqib yoxdur:

"Əsas öz oyunumuzdur. Matçlara yaxşı hazırlaşmaq və qələbə qazanmaq lazımdır. Qarşıdakı 4 oyundan maksimum nəticə əldə etməliyik".

Slovakiya ilk oyununu Serbyada Belarusa qarşı keçirəcək. 3 gün sonra Qazaxıstanı qəbul edəcək komanda iyunun 10-da "Dalğa Arena"da Azərbaycan yığması ilə üz-üzə gələcək.

Ştefan Tarkoviçin rəhbərlik etdiyi kollektiv iyunun 13-də isə Qazaxıstanın qonağı olacaq.