
Azərbaycan velosipedçisi Qazaxıstanda daha bir medal əldə etdi
- 19 May 2025 19:00
- 45
Trek velosipedi üzrə Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astanada daha bir medal əldə edib.
Rekord.az Velosiped Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ölkənin açıq çempionatında mübarizə aparan Məryəm Hüseynova yarışı bürünc medalla başa vurub.
2009-2010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçimiz omnium yarışlarında 3 hərəkətin cəmində 38 iştirakşı arasında ümumi təsnifatda 3-cü olub və bürünc medala yiyələnib.
Hüseynova daha əvvəl bu yarışda 200 metr məsafəyə sprint üzrə də bürünc medal əldə etmişdi.