Bu gün Bakı vaxtıyla 19:30-da Bolqarıstanın Plovdiv şəhərində Avropa Minifutbol Federasiyasının (EMF) təşkil etdiyi minifutbol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək.

Rekord.az xəbər verir ki, qitənin 15 ölkəsindən 24 komandanın qatılacağı turnir 31 avqust-4 sentyabr tarixlərində Çernoqoriyanın Herseq-Novi şəhərində yerləşən “Polino Arena”da baş tutacaq.

Qeyd edək ki, komandalar hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcəklər.

Xatırladaq ki, sayca beşinci dəfə keçiriləcək ÇL-də ölkəmizi bu mövsüm “Alfa Fire” liqanın son qalibi “Beerbaşa” komandası təmsil edəcək. Təmsilçimiz avqustun sonunda Bakı – İstanbul – Podqoritsa reysi ilə Çernoqoriyaya yollanacaq.