Azərbaycan taekvondoçusu, Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov ABŞ-də keçiriləcək "Mayami 2025" beynəlxalq taekvondo düşərgəsinə dəvət alıb.


Bu barədə Rekord.az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.


O, xüsusi qonaq və təlimçi qismində "ustad dərsləri" keçərək, iştirakçılarla təcrübəsini bölüşəcək.


Qeyd edək ki, düşərgə avqustun 30–31-də təşkil olunacaq.