Azərbaycan taekvondoçuları Bolqarıstanın Sofiya şəhərində keçiriləcək "Prezident Kuboku"nda iştirak edəcək.


Rekord.az federasiyasnın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə milli Türkiyə yığması ilə birlikdə təlim-məşq toplanışında iştirak etmək üçün Çanaqqala şəhərinə yollanıb.


Qardaş ölkədə baş tutacaq təlim-məşqin ardından taekvondoçular mayın 16-da Bolqarıstana gedəcək.


İdmançılara böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalova rəhbərlik edəcək.


Mayın 16-da startı veriləcək yarışda ölkəmizi 15 idmançı (11 kişi, 4 qadın) təmsil edəcək.