
Azərbaycan Skopyedə iki badmintonçu təmsil edəcək
- 17:15
- 36
Şimali Makedoniyanın paytaxtı Skopyedəki XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək badmintonçular müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
EYOF-da Əli Gözəlov və Viktoriya Kumanyayeva mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək.