Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun oyun cədvəli açıqlanıb.

Rekord.az xəbər verir ki, qış fasiləsindən sonrakı ilk turun oyunları iki günü əhatə edəcək.

Bütün görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
15-ci tur 

1 fevral

Zirə – Sabah
Zirə İdman Kompleksinin stadionu, 15:00

Neftçi – Sumqayıt
8-ci km stadionu, 17:30

2 fevral

Qəbələ – Keşlə
Qəbələ şəhər stadionu, 15:00

Səbail – Qarabağ
“ASCO Arena”, 17:30.