Azərbaycanın kamandan oxatma üzrə milli komandası iyunun 3-dən 8-dək Türkiyənin Antalya şəhərində keçiriləcək Dünya Kubokunun 3-cü mərhələsində mübarizə aparacaq.


Rekord.az xəbər verir ki, beynəlxalq turnirdə ölkəni Yaylagül Ramazanova, Fatimə Hüseynli, Svetlana Simonova, Məhəmmədəli Əliyev, Roman Vengerov və Əhməd Hüseynov təmsil edəcəklər.


Azərbaycan idmançıları fərdi, komanda, eləcə də qarışıq yarışlarda qüvvələrini sınayacaqlar.