Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyunu öncəsi mətbuat konfransı təşkil olunacaq.


Rekord.az AFFA-ya istinadən xəbər verir ki, mətbuat önünə öncə Şimali Makedoniya millisinin baş məşqçisi Aleksandar Andov, ardınca isə Azərbaycan yığmasına rəhbərlik edən Siyasət Əsgərov çıxacaq.


2 mart

Şimali Makedoniya milli komandası

14:15. Mətbuat konfransı

 

Azərbaycan milli komandası

15:00. Mətbuat konfransı